Mir-Əli Seyidov

Mir-Əli Seyidov

Mir-Əli Seyidov 1956-cı ildə Bakıda anadan olub. İlk dəfə 1968-ci ildə idmana başlayıb. “Dinamo”da müəllimi Sabir Hüseynovdan dərs alan Mir-Əli Seyidov 12 yaşından İlk vaxtlarda sambo ilə məşğul olmuşdur. 1967-68-ci illərdə cüdo, karate, ciu-citsu kimi Yapon döyüş növləri Azərbaycanda hələ o qədər də inkişaf etməmişdi, məşhur deyildi. Nəzərə alaq ki, o zamanlarda “Dinamo”ya elə belə uşaqları götürmürdülər, tərbiyəli, ziyalı ailənin uşaqlarını qəbul edirdilər.

Mir-Əli Seyidov 1968-ci ildən 1973-cü ilədək sambo ilə məşğul oldu. Həmin ərəfələrdə sambo üzrə birincilik əldə etmişdir.

Mir-Əli müəllim Azərbaycan Cüdo Federasiyası yarandıqdan sonra 1973-cü ildə “Dinamo” cəmiyyətində baş məşqçi Ağarza Əhmədovun rəhbərliyi ilə bu federasiyada müntəzəm olaraq məşqlərə başladı.

Mir-Əli müəllim cüdonu sevirdi, amma ilk sambodan, aikidodan, ciu-citsudan başlayıb. Yapon döyüş növlərinin əksəriyyəti ciu-citsudan başlayıb. 1976-cı ildə Rusiyaya-Krasnoyarska əsgərliyə gedib. Əsgərlikdə idmançı olduğu üçün digərlərindən fərqlənirdi. 1978-ci ildə Bakıya qayıtdı və “Dinamo”ya gəlib müəllimləri ilə görüşdü. Həmin vaxlarda müəllimləri tərəfindən SSRİ DİN və DTK hüquq mühafizə orqanlarının təlimatçılarının beynəlxalq seminarına göndərildi.

Mir-Əli Seyidov 1979-cu ildə Karate Federasiyası yarananda baş təlimatçı olaraq fəaliyyətinə başladı.

Mir-Əli Seyidovun qurucusu olduğu Azərbaycan Respublikası Milli Ciu-Citsu Federasiyası 1998-ci ildən fəaliyyət göstərməyə başladı. Mir-Əli Seyidov Beynəlxalq Ciu-citsu Federasiyasının üzvüdür.

Mir-Əli müəllim yığma komandaya və güc strukturlarına dərslər keçir

Ailəsi 3 oğlu, 2 gəlini, 3 nəvəsi və həyat yoldaşından ibarətdir

Mirəli Seyidov bu titul və dərəcələri qazanıb: “Qrand Master”, Milli Ciu-citsu Federasiyasının prezidenti, UNESCO müəllimi, Azərbaycan Respublikasının əməkdar məşqçisi (8-ci dan ciu-citsu, 7-ci dan karate). 2014-cü ildə “Qızıl Döyüş” Oskarı mükafatına layiq görülüb.

Mir-Əli müəllim hər zaman deyir: Mənim ən böyük qazancım tələbələrim və onların uğurudur.