Beynəlxalq Aikido Federasiyası 1976-cı ildə yaradılıb.
Beynəlxalq Aikido Federasiyası aikidonun əsas qlobal təşkilatıdır. 40-dan çox ölkənin təşkilatları-üzvlərinin iştirakı ilə bir çətir altında birləşdirən təşkilatdır (məsələn, Ümum Yaponiyanın Aikido Federasiyası üzvlərdən biridir). Bütün iştirakçılar Hombu tərəfindən tanınmalıdır, buna görə də Beynəlxalq Aikido Federasiyası yalnız Aikikai məktəbini təmsil edir. Beynəlxalq Aikido Federasiyası demokratik bir təşkilatdır, lakin Doşu və baş təlimatçı şurasına aikidonun “texniki və mənəvi bütövlüyünü” qorumaq üçün xüsusi rol verilir. Beynəlxalq Aikido Federasiyası hazırda hər ölkənin yalnız bir təşkilatının üzvlüyə qəbul edilməsinə imkan verir. və bu təşkilatların hər birinə bərabər səs verilir. (Bu BMT- yə uyğun modelləşdirilmişdir və Aikikai tələbələrinə hər vaxt bərabər təmsilçiliyi vermir). Beynəlxalq Aikido Federasiyası Dünya oyunlarında aikidonu nümayiş etdirir və dünya aikidosunu təmsil edir. Beynəlxalq Aikido Federasiyası hər dörd ildən bir Beynəlxalq Aikido Konqresini təşkil edir və bu dünyanın müxtəlif ölkələrindən aikido tələbələrinin birbaşa təlimini asanlaşdırır, dünya aikido təlimatçıları arasıında göstərişləri bölüşdürür və Hombu ilə rəsmi ünsiyyət üçün kanal təmin edir.