BUDO PASPORT
Budo pasport nədir?
Budo pasport döyüş sənətini öyrənən şəxsin əsas sənədlərindən biridir. Budo pasport
insanın seçmiş olduğu döyüş növündəki bütün nailiyyətləri özündə saxlayır. Burada keçmiş
imtahanlar haqqında məlumatları görə bilərsiniz. İmtahan kimə, hansı şəhərdə və hansı
dərəcəyə keçirilib. Burada təlim seminarlarında, kurslarda və tədbirlərdə iştirak
etdiyiniz haqda qeydlər yazılacaq.
Aikido ilə məşğul olan hər bir şəxs qara kəmər almadan əvvəl əsas sənəd olan
şagirdlik Budo pasportunu almalıdır. Onun müvəffəqiyyətlərinin ilk
sertifikatlaşdırmadan 1 kyu dərəcəsinə qədər imtahandan keçməsi, seminarlarda
iştirakı qeyd ediləcək:
Qara kəmər üçün imtahandan keçdikdən sonra, hər aikidoçu üçün 1-ci Dan verilməsi haqda
diplomu ilə yanaşı Yaponiyadan göndərilən beynəlxalq Budo pasportu təqdim edilir.
Ustalıq dərəcələri təqdim edilməsi, həmçinin təlim seminarlarında iştirak etdiyiniz
haqda qeydlərin hamısı burada tam yazılır.
DİPLOM
KYU DİPLOMU
Aikido üzrə şagirdlik dərəcə “Kyu” diplomu.
Döyüş sənəti ilə məşğul olanların kəmərin rəngini dəyişməsi və inkişafını təşviq etməyi
həm də müxtəlif dərəcələrin qəbul olunmasını təsdiqləyən rəsmi sənədlərin təqdim
edilməsində istifadə olunur. Ənənəvi Yapon döyüş sənətində belə bir təşviq nümunəsi
diplomdur.
“Kyu” dərəcəsinin əldə olunduğunu təsdiqləyən Aikido diplomu, Sakura Aikido Məktəbinin rəhbərliyi və Yapon Döyüş Növləri və
Mədəniyyəti Assosiasiyasının prezidenti tərəfindən imza və xüsusi möhürlərlə təsdiqlənir,
qeyd olunmuş qalın kağızdan hazırlanır.
DAN DİPLOMU
Aikido üzrə ustalıq dərəcə “Dan” diplomu.
Döyüş sənəti ilə məşğul olanların kəmərin rəngini dəyişməsi və inkişafını təşviq etməyi
həm də müxtəlif dərəcələrin qəbul olunmasını təsdiqləyən rəsmi sənədlərin təqdim
edilməsində istifadə olunur. Ənənəvi Yapon döyüş sənətində belə bir təşviq nümunəsi
diplomdur. Diplomlar adətən ənənəvi yapon üslubunda (sağdan sola və yuxarıdan aşağıya)
yazılır və hiyeroglif və ifadələrin köhnə formalarını istifadə edir – bu bir daha
ənənələrin əhəmiyyətini və məktəbin rifahına və hörmətinə sadiqliyini vurğulayır.
“Dan” dərəcəsinin əldə olunduğunu təsdiqləyən Aikido diplomu, Aikikai Fondu tərəfindən ,
təşkilatın mövcud Doşu su (sədri) – Moruteru Ueşibanın şəxsi möhürü ilə xüsusi bir qalın
kağız üzərində yazılmışdır və hətta su nişanına malikdir.
YUDANŞA DİPLOMU HAQDA İZAH
Diplomun mətni aşağıda verilmişdir (sağdan sola)*:
*Horizontaldakı tire səssizlər üzərində səsin uzadılması deməkdir.
TƏRCÜMƏ
1. [Koeki zandan hojin aikikai] – Aikikai Fondu. 2. [Dai ichi ni san yon go roku gō] – Ardıcıl diplom nömrəsi 123456. 3. [Sho] – Diplom, sertifikat. 4. [Ichiro Suzuki] – Adı və Soyadı. 5. [Migimono konpan aikido shodan wo inkasu] – Yuxarıda adı qeyd edilən şəxsə (bu andan) 1-ci Dan aikido təqdim edilir. 6. [Heisei nijū nen shigatsu itsuka] – 5 aprel, Heisei dövrünün 20 il (2008). 7. [Aikido] – Aikido (Aikikay möhürü ilə) 8. [Doshu Ueshiba Moriteru] – Doşu Uesiba Moriteru (Doşunun şəxsi möhürü ilə)