Mitsuteru Ueşiba 27 iyun 1981-ci ildə anadan olmuşdur. Hazırki Aikido Doşu Moriteru Ueşibanın oğludur. O, İemoto sisteminə uyğun olaraq, Doşu kimi atasının varisi sayılır. Mitsuteru Ueşiba Aikidonun banisi Morihey Ueşibanın nəticəsidir. 2012-ci il aprel ayından Hombu Dojoya Dojo Co təyin edilib. Mitsuteru Ueşiba Vaka Sensey adlandırılmışdır. Bu termin Doşu Moriteruya ikinci Doşu Kişşomaru Ueşibanın zamanında verilmişdi. Yapon dilinə görə Vaka sözü hərifi anlamda gənc mənasını verir, lakin bu halda bu başqa məna verir və fərqlidir. Yapon mədəniyyətində “Vaka” termini “varis” atasından sonra davam edəcək şəxsə (bu halda, Doşu) görə adlanır.