1898-ci ildə Ueşiba Osaka yaxınlığındakı doğma kəndini tərk edib, döyüş sənətlərinin
sirlərini öyrənmək niyyəti ilə Tokioya getdi. Bir çox döyüş sənətini öyrəndikdən sonra
yalnız üçündə ixtisaslaşdı: Yaqyi Şin Kageryu adlanan qılıncla döyüş, Hozoin-ryu kimi
tanınan taxta(Jo) ilə döyüş növü və Tenin-Şinyo Ciu-citsu.
Rus–Yapon müharibəsi (1904) Ueşibanı real vəziyətdən özünü əqli və fiziki cəhətdən inkişaf
etdirməyə təhrik etdi. Və bu da döyüş sənətinə hazırlıqları zamanı öyrəndiklərinə bir əlavə
oldu.
Əsgər Ueşiba müharibə illərinin əksəriyyətini Şimali Mançuriyanın sərt iqlimində keçirmiş və
müharibənin sonuna yaxın onun səhhəti tamamilə pisləşmişdi. Ona xas olan enerjiylə o, özünü
saatlarla açıq havada çalışmaqla həyata qaytardı. Tezliklə Ueşibaya hökumət tərəfindən
Hokkaydoya(Yaponyanın şimalında yerləşən ada) yollanan bir qrup mühacirlərə başçılıq etmək
tapşırıldı.
Həmçinin başqa bir cəsarətli gənc də Hokkaydoya yollanırdı və onun adı Sokaku Takeda idi. O,
Takedalar ailəsinin başçısı idi. Ueşiba və Takeda 1905-ci ildə görüşdülər və Ueşiba Takeda
Senseyin Daito Ryu Aikiciucitsu təlimini mənimsəməyə başladı. Bundan başqa o Tokioda
öyrəndiyi Kencitsu və Ciu-citsu döyüş növlərini təcrübədən keçirməkdə davam edirdi.
Öz xəstə atasına baş çəkmək üçün evə yollanan Ueşiba Omotokio dininin başçısı olan Onisaburo
Dequçiyə rast gəlir. Dequçi Ueşibaya böyük təsir bağışlamış və Ueşiba dərhal dini öyrənməyə
başlamışdır. Bu işə qoşulmasının gələcəkdə onun əqli inkişafına olan təsirinə baxmayaraq, o
döyüş sənətini də əldən buraxmırdı.
1925-ci ildə Ueşiba əsasən özünün mənəvi və fiziki inkişafı üçün öz Aiki-Ciucitsu stilini
yaratmışdı. Bir müddət sonra Ueşibanın tələbələri olan Tomiki Kenci, Miçizuki Minori, Şioda
Qozo, Koiçi Tohiey və başqaları indiki müasir aikidonun əsasını qoymaqda çox fəal iştirak
ediblər. Ueşiba isə öz növbəsində xüsusi Budo ruhunda olan əsl hərbi(Martial Arts) döyüş
növünün axtarışında idi. Bu axtarışlarda o, Dodzonu tərk edib fermada işləməyə başladı.
Təbiətə yaxınlıqdan o, öz təliminə davam edirdi. O, özünün mənəvi və fiziki
qabiliyyətləririni cəmləşdirməyə çalışırdı. 1950-ci ildə Ueşiba Tokio Dodzosuna sonralar
Aikido adlandırdığı yetişmiş, yaxşılaşdırılmış döyüş incəsənəti ilə qayıtmışdır.
Hərbi "incəsənətin"(Martial Arts) "növə" Bugeyin budoya inkişaf yolu Ueşiba yorulmadan
öyrəndiyi texnikaları yenidən işləyirdi. Onları sintez edib elə bir formaya salmışdır ki,
onları güc və zülmkarlığa yox ahəng və məhəbbətə daha çox çağırır. Bu yolla o, öz mənəvi
etiqadlarını və öz güclü texniki peşəkarlığını inteqrasiya etməyə nail oldu. Ueşiba elan
etmişdir ki, həqiqi budo üsulu sülh, barışıq üsuludur. O, özünü texniki şücaət və qüdrətə
öyrədən bir ncəsənət dizaynına həsr etmişdir ki, özünü intizamlı şəxsiyyətin
yetişdirilməsində əsas amil hesab olunur. Ueşiba ona rast gələn hər bir insanın hörmətini və
məhəbbətini qazana-qazana 1969-cu ilə qədər - ölüm onu aparana qədər öz tədrisini davam
edirdi. Vəfat etməmişdən əvvəl o, müasir aikidonun banisi kimi, dövlət mükafatına layiq
görülmüşdür, sülhsevər və mərhəmətli insan kimi ictimai rəğbət qazanmışdır. Onun diqqəti və
enerjisi tələbələrinin həyatına toxunan kimi aikidonun bir neçə üslubu canlanırdı. Bu
üslubların diqqətə layiqləri Yoşinkan, Tomiki, Aikikai, Şinşin Toitsu və s. Bu üsulların
banilərinin hamısı sənətkar Ueşibanın idealarından bəhrələnən yetişmələrdir. Hər birinin
O`Sensey təliminin xüsusi elementlərini işləyib , belə ki, hər bir üsul başqalarından əsas
elementlərini qoruyub saxlanılması ilə fərqlənir.