Kenji Kumagai Şihan

Kenji Kumagai Şihan

6 sentyabr 1944-cü ildə Yaponiyanın Hukuşima şəhərində anadan olub. 1963-cü ildə Wakayama Universitetinə daxil oldu və aikidoya başladı. 1967-ci ildə Wakayama Universitetindən məzun oldu və Komatsu A.Ş. girdi. 1969-cu ilda Komatsudakı işinə ara verdi, bundan sonra 1971-ci ilə qədər öz həyatını, Osakadakı Hirokazu Kobayashi şihan'ın yanında aikidoya həsr etdi. 1971 – 1977 ci illər arasında Komatsu A.Ş.-nin Aichi və Kochi-dəki şöbələrində işlədi. Buralarda da aikido çalışmalarına davam edildi. 1977-ci ilden 1981-ci ilə qədər Honbu Dojoya bağlı Urawa Aikikai də işlədi. 1980-ci ildə Urawa Aikikai nin şihanı oldu. 1981-ci ildə iş üçün Misirə göndərildi. Misirdə aikido dərsləri verməyə başladı. 1982-ci ildə iş üçün Türkiyənin İstanbul şəhərinə təyin edildi. Burada da aikido çalışmalarına davam etdi və dərs verməyə başladı. 1988-ci ildə Yaponiyaya qayıtdı. Tokyo Honbu Dojoda yenidən işə başladı. 1994-cü il yanvar ayında Wakayamanın Hidaka regionunun Kawabe ərazisində Aikido Hidaka Dojonu açdı. 2001-ci ildə İstanbulda, "Türkiyədə Aikidonun 20-ci ili" mövzusunda seminar təşkil etdi

Hal-hazırda da öz dojosunda 100 nəfərdən çox tələbəsi var. Wakayama Universiteti və Osaka Qızlar Universitetində Aikido dərsləri verir. Əlavə Türkiyə, Filipin adaları ve Misirə də ildə 1-2 dəfə dərs vermeye gedir. Hidaka Dojoyada bu ölkələrdən və Azərbaycandan dərs almağa gedən tələbələr var.

2019-cu ildə K.Kumagai Şihan Aikikai Fondu tərəfindən 8-ci Dan dərəcəsinə layiq görüldü.